Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Tarix: 04 Aug 2026 17:19

2026-cı ilin iyul ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 78 aptekdə yoxlama aparılıb.

AEM-dən APA-ya verilən məlumata görə, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Günay Elşən

Mənbə: apa.az

Xəbər Lenti