İran və Oman Hörmüz boğazından yeni bir keçid açmağı planlaşdırır

İran və Oman Hörmüz boğazından yeni bir keçid açmağı planlaşdırır

Tarix: 04 Aug 2026 20:42

İran və Oman birlikdə Hörmüz boğazından hər iki tərəfin maraqlarına cavab verən yeni bir mərkəzi marşrut hazırlayırlar ki, bu marşrut açıldıqdan sonra cənub və şimal marşrutları bağlanacaq.

Bu barədə Press TV adı açıqlanmayan mənbəyə istinadən məlumat verib.

Mənbə bildirib ki, təklif olunan mərkəzi dəhliz praktik və hüquqi bir həlldir. Bu dəhliz işə düşdükdən sonra şimal və cənub marşrutları dayandırılacaq.

Mənbənin sözlərinə görə, bu addımlar Hörmüz boğazının artıq İrana qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilməyəcəyini təmin etmək üçün sularda gəmiçilik qaydalarının dəyişdirilməsi zərurəti ilə bağlıdır.

Qeyd edək ki, bundan əvvəl “əl-Ərəbiyyə” telekanalı da Hörmüz boğazında gəmiçiliyin tam bərpası ilə bağlı razılaşmaların yaxın saatlarda açıqlanacağını iddia etmişdi.

İran Oman Hörmüz

Mənbə: apa.az

Xəbər Lenti