Çərşənbə axşamı, 4 Avqust, 2026
Tarix: 04 Aug 2026 21:40
“NATO rəhbərliyi illərdir həm Gürcüstanı, həm də Ukraynanı aldadıb, əslində heç bir planları olmadığı halda, onları alyansa qəbul edəcəklərinə söz veriblər”.
APA xəbər verir ki, bu sözləri Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlaması zamanı deyib.
"Bütün bu illər ərzində Gürcüstan və Ukrayna kimi ölkələrə NATO-nun qapılarının açıq olduğu deyildi. Lakin əslində hamımız başa düşürük ki, yaranmış reallıq tam başqadır. Artıq onlar özləri də bunu gizlətmirlər və açıq şəkildə belə bəyanatlar verirlər ki, bu, faktiki olaraq mümkün deyil və istisna olunur", - Kaladze bildirib.
Tbilisi Kaladze NATOMənbə: apa.az