Rusiya ordusu Kiyevin bir sıra bölgələrinə ballistik raketlərlə zərbə endirib - VİDEO

Rusiya ordusu Kiyevin bir sıra bölgələrinə ballistik raketlərlə zərbə endirib - VİDEO

Tarix: 05 Aug 2026 03:54

Rusiya ordusu avqustun 5-nə keçən gecə Kiyev vilayətinin müxtəlif bölgələrinə ballistik raketlərlə hücum edib.

APA xəbər verir ki, hücum nəticəsində paytaxtın bir neçə rayonunda yaşayış və anbar binalarında yanğınlar baş verib.

İlkin məlumata görə, azı 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Kiyev vilayətinin Buça, Brovarı və Fastov rayonlarında da anbar və istehsalat obyektlərinə ziyan dəyib, mülki şəxslərin yaralandığı bildirilir.

Xilasetmə işləri davam edir.

https://t.me/apa_az/123951

Kiyev Rusiya

Mənbə: apa.az

Xəbər Lenti