Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 13:30
Avropa İttifaqı Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına 1,4 milyard avro ayıracaq.
APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, vəsait Ukraynanın müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.
"Biz yenidən Rusiyanın Ukraynanın mülki infrastrukturuna hava zərbələri nəticəsində törətdiyi dəhşətli cinayətlər barədə xəbərlərlə oyanırıq. Rusiya törətdiyi dağıntılara görə cavab verməlidir. Biz bunun təmin olunması üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə edirik", - von der Leyen qeyd edib.
İlqar Xudiyev AI Ukrayna Rusiyanın dondurulmuş aktivləri von der LeyenMənbə: apa.az