Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 13:00
ABŞ pozuntularını davam etdirərsə, İran və Oman arasında razılıq əldə olunsa belə, Hörmüz boğazı açılmayacaq. APA-nın Tehran bürosunun xəbərinə görə, İran dövlət televiziyası məlumatlı mənbəyə istinadən bildirib ki, İran və Oman arasında Hörmüz boğazından gəmilərin keçid qaydalarına dair mümkün razılaşma boğazın dərhal açılması anlamına gəlmir. Mənbənin sözlərinə görə, Hörmüz boğazında gəmiçiliyin təşkili ilə bağlı aparılan danışıqlar yalnız İran və Oman arasında həyata keçirilir və ABŞ-la heç bir əlaqəsi yoxdur.
Vurğulanıb ki, Hörmüz boğazının açılması ABŞ-ın davranışını dəyişməsindən və yol verdiyi pozuntuları aradan qaldırmasından asılı olacaq.
Haşim Rahimi Hörmüz boğazıMənbə: apa.az