"Bloomberg": Avropa və Rusiya siyasətçiləri Vyanada Ukrayna ilə bağlı gizli danışıqlar aparıb

"Bloomberg": Avropa və Rusiya siyasətçiləri Vyanada Ukrayna ilə bağlı gizli danışıqlar aparıb

Tarix: 05 Aug 2026 12:47

Avropa və Rusiya siyasətçiləri Ukraynada müharibənin başa çatdırılması ilə bağlı gizli danışıqlar keçirib.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, görüş iyul ayında Avstriyanın paytaxtı Vyanada baş tutub. Danışıqlarda Böyük Britaniya, Fransa, Almaniya və Rusiyanın sabiq yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

Mənbələrin bildirdiyinə görə, tərəflər Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş mümkün sülh danışıqlarının şərtlərini müzakirə edib.

İlqar Xudiyev Avropa Rusiya gizli danışıqlar Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti