Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO

Tarix: 06 Aug 2026 10:23

Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, qəza Bakı–Quba avtomobil yolunda, Quba rayonunun Pirvahid kəndindən keçən hissədə qeydə alınıb.

İlkin məlumata əsasən, "Shacman" markalı yük avtomobili, "Kia" və "Toyota Prius" markalı minik avtomobilləri toqquşub. Zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların sayı və vəziyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xanım Məmmədova Bakı-Quba yolu zəncirvari qəza xəsarət
Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO

Mənbə: apa.az

Xəbər Lenti