Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Bəniz" ləqəbli tiktokerə hökm oxunub

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Bəniz" ləqəbli tiktokerə hökm oxunub

Tarix: 06 Aug 2026 18:05

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Aybəniz Xəlilova 10 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş X. Kərimov "Bəniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

Tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan 836 min manat tələb edib.

Emin Şirvanzadə tiktoker hökm

Mənbə: apa.az

Xəbər Lenti