Cümə, 7 Avqust, 2026
Tarix: 06 Aug 2026 19:01
Zərdabda baş verən yol qəzasında xəsarət alan 2 nəfər (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlərin Bakı şəhərinə təxliyə olunması üçün tədbirlər görülür.
***
16:37
Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Məlikumudlu kəndində baş verib.
"Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq işiq dirəyinə çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər - Leyla İsmayılova ölüb, iki nəfər - Şəfaqət İsmayılova və Aybəniz İsmayılova xəsarət alıb.
Fakt araşdırılır.
Zahid Abışov Zərdab yol qəza




Mənbə: apa.az