Diplomatik korpusun üzvləri və hərbi attaşelər Laçında “Hoçazfilm”ə baş çəkiblər

Tarix: 24.05.2024 12:22

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelər mayın 24-də Laçına səfər çərçivəsində “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonuna baş çəkiblər.

APA xəbər verir ki, diplomatik korpusun üzvləri və hərbi attaşelərə pavilyonda yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, “Hoçazfilm” studiyası iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərir.

Qonaqlar pavilyonda quraşdırılmış təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran dekorasiyalarına baxış keçiriblər.

Fuad Sadıqov