Bazar, 1 Noyabr, 2026
Tarix: 01 Nov 2026 15:22
Şəki rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi) 01.11.2026-cı il tarixində saat 03:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
2 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
1 nəfərin həkiməqədər ölüm fakı qeydə alınıb.
***
saat 08.13
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Hazırda onların tibbi müayinəsi aparılır, diaqnozları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov Şəki Şəki-Qax yolu yol qəzası Lada Priora ölən yaralılar İnçə kəndi
Mənbə: apa.az