Bazar, 1 Noyabr, 2026
Tarix: 01 Nov 2026 10:07
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı və qəza nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
https://t.me/apa_az/129367
***
saat 06.23
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “Qazel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Nəticədə 2 nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı Ələt-Astara magistralı qəzaMənbə: apa.az