Bakıda taxta bazarında yanğın baş verib

Bakıda taxta bazarında yanğın baş verib

Tarix: 01 Nov 2026 05:24

Bakının Nizami rayonunda taxta bazarında güclü yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə Keşlə Ət Kombinatının ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

bakı taxta bazarı yanğın

Mənbə: apa.az

Xəbər Lenti