İmişlidə uşaq velosipedlə traktorun altında qalaraq ölüb

İmişlidə uşaq velosipedlə traktorun altında qalaraq ölüb

Tarix: 06 Aug 2026 20:26

İmişlidə azyaşlı uşaq velosipedlə traktorun altında qalaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Rəsullu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Xəlilov Ömər Rəşid oğlu velosipedlə hərəkətdə olarkən traktora dəyib.

Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Mənbə: apa.az

Xəbər Lenti