Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 19:50
Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən "MV Güllük" yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
"Haberdenizde"nin məlumatına görə, hadisə nəticəsində itki olmayıb, lakin gəmiyə ziyan dəyib
. Bildirilib ki, dron Taman istiqamətində hərəkət edən gəminin yaşayış məntəqələrinə dəyib.
Gəmi İstanbula doğru yola düşüb, orada tam yoxlamadan keçəcək.
“MV Güllük” yük gəmisi 2002-ci ildə inşa edilib və beynəlxalq daşımalarla məşğuldur.
Mənbə: apa.az