Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 20:58
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov İsmayıllı qəza xəsarət
Mənbə: apa.az