Reuters: Bir həftə ərzində Hörmüz boğazında ADNOC-un üç tankeri hücuma məruz qalıb

Reuters: Bir həftə ərzində Hörmüz boğazında ADNOC-un üç tankeri hücuma məruz qalıb

Tarix: 07 Aug 2026 22:31

BƏƏ-nin milli neft şirkəti ADNOC son bir həftə ərzində Hörmüz boğazından keçən üç tankerinin hücuma məruz qaldığını açıqlayıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Şirkətin məlumatına görə, münaqişə başlayandan bəri ADNOC-un 15 gəmisi Hörmüz boğazından keçərkən raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Onlardan üçü son bir həftədə baş verib.

Hücumlar nəticəsində bir ekipaj üzvü ölüb, 20 nəfər yaralanıb.

BƏƏ Hörmüz boğazı tanker

Mənbə: apa.az

Xəbər Lenti