KİV: Mask Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələrin yönləndirilməsində köməkdən imtina edib

KİV: Mask Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələrin yönləndirilməsində köməkdən imtina edib

Tarix: 08 Aug 2026 00:21

Amerikalı sahibkar İlon Mask Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbələrin yönləndirilməsi üçün "Starlink" sistemindən istifadəsinə icazə verməkdən imtina edib.

Bu barədə "The Atlantic" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Mask bunu münaqişənin daha da eskalasiyasından yayınmaq məqsədilə edib. Mənbə bildirib ki, hazırda bununla bağlı müsbət qərar yoxdur və Mask “razılaşmanın əldə olunmasının vaxtı çatdığını” dəfələrlə vurğulayır.

ABŞ Ukrayna İlon Mask

Mənbə: apa.az

Xəbər Lenti