Şənbə, 8 Avqust, 2026
Tarix: 08 Aug 2026 00:55
ABŞ Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarına qarşı lazer sistemlərinin alınması üçün ABŞ-ın "AeroVironment" texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində ilk müqaviləni imzalayıb.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pentaqon hərbi münaqişələrdə getdikcə daha çox istifadə olunan dronlarla mübarizə üçün əlçatan və effektiv vasitələr axtarır.
Qeyd olunur ki, Meksika sərhədində keçirilən sınaqlar zamanı "Locust" sistemindən istifadə edilərkən dost qüvvələrə atəş açılması ilə bağlı insident baş versə də, ABŞ ordusu bu sistemlərdən onlarla ədəd almağı planlaşdırır.
ABŞ Pentaqon antidron sistemləri
Mənbə: apa.az