Macarıstanın keçmiş XİN başçısı Siyyartoya 3 ilədək həbs cəzası verilə bilər

Macarıstanın keçmiş XİN başçısı Siyyartoya 3 ilədək həbs cəzası verilə bilər

Tarix: 08 Aug 2026 03:45

Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyyartoya rüşvət alma ehtimalı ilə bağlı iş üzrə 3 ilədək həbs cəzası verilə bilər.

Bu barədə "Index" məlumat yayıb.

Məlumata görə, Siyyartonun mümkün rüşvət alması ilə bağlı iş əvvəlcə prokurorluq tərəfindən araşdırılıb. Daha sonra iş Budapeşt Baş Polis İdarəsinə göndərilib.

Prokurorluq keçmiş nazir tərəfindən mümkün cinayət törədilməsi ilə bağlı daxil olan müraciəti qiymətləndirərək, təqdim olunan məlumatların “rüşvət alma cinayətinə işarə edə biləcəyini” bildirib.

Siyyarto artıq deputat olmadığı və toxunulmazlığı olmadığı üçün iş üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 3 ilədək həbs cəzası gözləyə bilər.

Macarıstan rüşvət

Mənbə: apa.az

Xəbər Lenti