Danimarka məktəblərdə süni intellektdən istifadəyə nəzarəti sərtləşdirir

Danimarka məktəblərdə süni intellektdən istifadəyə nəzarəti sərtləşdirir

Tarix: 08 Aug 2026 05:39

Danimarkada yeni tədris ilindən etibarən orta məktəblərin yuxarı siniflərində süni intellektdən istifadə etməklə köçürmənin qarşısının alınması məqsədilə yeni qaydalar qüvvəyə minəcək.

APA xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Maqnus Heynike açıqlama verib.

Nazirin sözlərinə görə, məktəblərdə generativ süni intellektdən tədris tapşırıqlarının yerinə yetirilməsi üçün istifadənin artması təcili tədbirlərin görülməsini zəruri edib.

Yeni qaydalara əsasən, evdə hazırlanmış bütün yazılı işlər məcburi şəkildə şifahi müdafiə olunmalıdır. Qayda yuxarı orta məktəb şagirdlərinin əsas yazılı imtahanı olan SSO-ya da şamil ediləcək. Bu imtahanı hər il təxminən 9 min şagird verir.

Bundan əlavə, yazılı imtahanlar zamanı məktəblər ekranların monitorinqi üçün xüsusi vasitələr tətbiq etməlidirlər.

Təhsil müəssisələri dərs və imtahanlar zamanı onlayn məzmunun filtrasiyası üçün xüsusi proqramlardan da istifadə etməli olacaqlar.

Danimarka süni intellekt məktəblər təhsil

Mənbə: apa.az

Xəbər Lenti