Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb

Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb

Tarix: 08 Aug 2026 10:19

Qobustanda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, dünən saat 23:00 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü - 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.

Araşdırma aparılır.

İlham Əhmədov

Mənbə: apa.az

Xəbər Lenti