Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Tarix: 08 Aug 2026 11:36

Cəlilabadda yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Dostallı kəndində qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Kənd sakinlərinin verdiyi məlumata görə, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində yaranıb.

Yanğın zamanı iki həyətyanı sahədə quru ot və bir tövlə yanıb.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev

Mənbə: apa.az

Xəbər Lenti