Şənbə, 8 Avqust, 2026
Tarix: 08 Aug 2026 11:48
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.
Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Emin ŞirvanzadəMənbə: apa.az