Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Tarix: 08 Aug 2026 14:25

Ukraynanın Kirovoqrad vilayətində döyüş tapşırığını yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması nəticəsidnə helikopter bölüyünün bort aviasiya texniki ölüb.

Bu barədə “UNIAN” Smela şəhər şurasına istinadən məlumat yayıb.

“Yaroslav Demçevski döyüş uçuş tapşırığını yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində həlak olub. O, sonadək Ukrayna səmasını müdafiə etdi” – deyə məlumatda bildirilir.

İlqar Xudiyev Ukrayna helikopter qəzası

Mənbə: apa.az

Xəbər Lenti