Şənbə, 8 Avqust, 2026
Tarix: 08 Aug 2026 14:18
Rusiyanın Krasnodar diyarında yerləşən Gelencik şəhərində avqustun 8-də pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib.
“Interfax” xəbər verir ki, şəhərdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti fonunda sakinlər və turistlərdən çimərlikləri tərk etmələri tələb olunub.
Gelencik şəhərinin rəhbəri Aleksey Boqodistov bildirib ki, Gelencik, Kabardinka və Divnomorsk kənd dairələrində bütün çimərliklərin fəaliyyəti dayandırılıb. Qərarın insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edildiyi açıqlanıb.
Məlumata görə, şəhərdə hava həyacanı siqnalı işə salınıb və hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir.
Bundan əvvəl Gelencikdə səmada partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, avqustun 3-də Gelencik yaxınlığındakı Arxipo-Osipovka qəsəbəsində çimərlik ərazisinə PUA düşməsi nəticəsində 7 nəfər, o cümlədən 3 uşaq ölüb, 40-dan çox insan yaralanıb. Hadisə ilə əlaqədar Gelencik hava limanında da müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.
İlqar Xudiyev Gelencik şəhəri dron təhlükəsi Krasnodar diyarıMənbə: apa.az