Şənbə, 8 Avqust, 2026
Tarix: 08 Aug 2026 16:22
İran XİN başçısı Abbas Əraqçi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın parlamentə təqdim olunması ilə bağlı da danışıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Əraqçi bildirib ki, Konvensiya 2019-cu ildə əvvəlki hökumət tərəfindən qərar verilməsi üçün parlamentə göndərilib.
Onun sözlərinə görə, Xəzəryanı digər dörd ölkə artıq bu Konvensiyanı qəbul edib və İranın da onu qəbul etməsi İran parlamentinin təsdiqindən asılıdır.
Əraqçi sonda deyib ki, Rusiya kimi ölkələr Konvensiyanın sürətlə icrasını istəyir və bu sənədin əsas xüsusiyyətlərindən biri də Xəzər dənizində heç bir xarici hərbi qüvvənin olmayacaq.
Haşim RahimiMənbə: apa.az