Şənbə, 8 Avqust, 2026
Tarix: 08 Aug 2026 16:53
Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan daha 7 pilotsuz uçuş aparatını (PUA) vurub.
APA xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri 7 PUA-nın hücumunun qarşısını alıb. Təcili xidmətlərin mütəxəssisləri qalıqların düşdüyü ərazilərdə işləyirlər”, – Sobyanin bildirib.
Mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Mənbə: apa.az