İran Prezidenti: Hazırda ən böyük narahatlığım ABŞ-ın yenidən hücum etməsi yox, iqtisadi məsələlərdir

İran Prezidenti: Hazırda ən böyük narahatlığım ABŞ-ın yenidən hücum etməsi yox, iqtisadi məsələlərdir

Tarix: 08 Aug 2026 18:10

İran Prezidenti Məsud Pezeşkian jurnalistlərlə keçirdiyi mətbuat konfransında ölkədəki iqtisadi vəziyyəti ən ciddi narahatlıq mənbəyi kimi dəyərləndirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Pezeşkian bildirib ki, müharibə və sülh arasında qalan indiki şəraitdə onun əsas narahatlığı ABŞ-ın yenidən hücum edib-etməməsi deyil, əksinə, xalqın dolanışığı və iqtisadi vəziyyətidir.

O, İran xalqının müqavimətinə və Silahlı Qüvvələrin imkanlarına inandığını vurğulayıb.

İran Prezidenti qeyd edib ki, ABŞ, İsrail və onların analitikləri artıq bilirlər ki, bir ölkəni müharibə və raketlərlə təslimə məcbur etmək mümkün deyil. Onun sözlərinə görə, bunu daxili ixtilaf, parçalanma və qarşıdurma yaratmaqla etmək olar.

Haşim Rahimi İran Pezeşkian ABŞ

Mənbə: apa.az

Xəbər Lenti