Bazar, 9 Avqust, 2026
Tarix: 08 Aug 2026 20:57
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı silahlı qüvvələr “Ənsar Allah” hərəkatının husilərinə qarşı hərbi əməliyyat keçirib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi sözçüsü polkovnik Macid ən-Nüzeyli məlumat verib.
Onun sözlərinə görə, əməliyyat Məarib və Hədrəməvt vilayətlərində husilərin hücumlarına cavab olaraq həyata keçirilib.
O bildirib ki, hökumət qüvvələri təmas xəttinin bir neçə istiqamətində husilərin mövqelərinə və hərbi vasitələrinə zərbələr endirib.
ən-Nüzeyli hücumlar nəticəsində hərbçi və mülki şəxslərin öldüyünü və yaralandığını qeyd edib.
Yəmən ordusu husiləri ölkəni regional münaqişələrə cəlb etməkdə ittiham edib və onların hücumlarına qəti hərbi tədbirlərlə cavab veriləcəyini açıqlayıb.
Yəmən husiMənbə: apa.az