Bazar, 9 Avqust, 2026
Tarix: 09 Aug 2026 01:28
Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub.
Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov


Mənbə: apa.az