Hörmüz boğazının açılması üçün yeni şərtlər irəli sürülüb

Hörmüz boğazının açılması üçün yeni şərtlər irəli sürülüb

Tarix: 09 Aug 2026 09:08

İran Hörmüz boğazını yenidən açmaq üçün ABŞ-ın yerinə yetirməli olduğu bir sıra şərtləri açıqlayıb.

Bu barədə İranın dövlət mediasında məlumat yayılıb. Məlumata görə, şərtləri İranın milli təhlükəsizlik üzrə yüksək vəzifəli rəsmisi açıqlayıb. Tehranın tələbləri arasında ABŞ-ın dəniz blokadasını aradan qaldırması, hərbi qüvvələrini geri çəkməsi və müharibəni birdəfəlik dayandırması yer alıb.

Eyni zamanda, İran və Oman Hörmüz boğazında gəmiçiliyin idarə olunması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildiriblər. Tərəflər dünyanın enerji daşımaları üçün mühüm əhəmiyyət daşıyan su yolunda vəziyyətin tənzimlənməsi üzərində işləyirlər.

CNN-in mənbələrinin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də İranla müharibədən çıxış yolunun tapılmasının vacibliyini qapalı görüşlərdə bildirib. Onun fikrincə, münaqişəni daha da genişləndirə biləcək hərbi addımlar ABŞ üçün əks nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, bununla yanaşı, İranın dövlət mediası ölkənin ali lideri Müctəba Xameneinin tarixi göstərilməyən videosunu yayıb. Onun İranın ali siyasi və dini rəhbəri olmasından sonra ictimaiyyət qarşısına çıxmaması diqqət çəkib. Videonun nə vaxt çəkildiyi barədə məlumat verilməyib.

İran ABŞ Hörmüz boğazı Tehran Vaşinqton Oman dəniz blokadası Den Keyn Müctəba Xamenei İran-ABŞ müharibəsi Hörmüz hərbi qüvvələr diplomatiya CNN

Mənbə: apa.az

Xəbər Lenti