Bazar, 9 Avqust, 2026
Tarix: 09 Aug 2026 10:24
Braziliyanın Rio-de-Janeyro şəhərində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Qatar News Agency –un yaydığı məlumata görə, helikopter Tijuka Milli Parkının sıx meşəlik ərazisinə düşüb. Ölənlər arasında pilot və eyni ailədən olan 3 kolumbiyalı turist qadın var.
Yanğınsöndürənlər cəsədləri dağlıq və çətin keçilən ərazidə aşkarlayıblar.
Hadisədən sonra Rio-de-Janeyro meri Eduardo Kavaliere helikopter uçuşlarına nəzarətin gücləndirilməsini istəyib.
Braziliya Rio-de-Janeyro helikopter qəza turist Kolumbiya Tijuka Milli Parkı
Mənbə: apa.az