Bazar, 9 Avqust, 2026
Tarix: 09 Aug 2026 12:37
Rusiya Ukraynaya qarşı müharibəyə 30-50 min Şimali Koreya hərbçisi cəlb etmək niyyətindədir.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “United News”telemarafonunun efirində bildirib.
Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin Rusiya ərazisində olduğu müşahidə edilir.
“Əvvəl söhbət yüzlərlə, sonra minlərlə hərbçidən gedirdi. İndi isə Rusiyada 30 mindən 50 minədək Şimali Koreya hərbçisinin yerləşdirilməsi barədə qərar qəbul edilib. Onlar bu müharibəni öyrənirlər”, - Zelenski deyib.
Volodimir Zelenski Ukrayna Rusiya Şimali Koreya KXDR Şimali Koreya hərbçiləri Ukrayna müharibəsi Rusiya-Ukrayna müharibəsi hərbçilər
Mənbə: apa.az