Əraqçi: İran ABŞ-la danışıqlar aparmır

Əraqçi: İran ABŞ-la danışıqlar aparmır

Tarix: 09 Aug 2026 13:26

İran hazırda ABŞ-la birbaşa danışıqlar aparmır.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi öz Telegram kanalında bildirib.

“Hazırda ABŞ-la danışıqlar aparmırıq. Danışıqların bərpası üçün zəmin yaratmaq məqsədilə vasitəçilər üzərindən mesaj mübadiləsi davam edir”, - Əraqçi qeyd edib.

Nazir əlavə edib ki, ABŞ qarşılıqlı anlaşma memorandumunun pozulması ilə bağlı məsuliyyəti aradan qaldırmayana qədər Vaşinqtonla dialoqun mümkün olmadığını bildirib.

İran ABŞ Abbas Əraqçi İran-ABŞ münasibətləri Tehran Vaşinqton danışıqlar diplomatiya xarici işlər naziri

Mənbə: apa.az

Xəbər Lenti