Bazar, 9 Avqust, 2026
Tarix: 09 Aug 2026 14:37
Şəmkirdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyindən işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Fuad NazimoğluMənbə: apa.az