Gəncədə fərdi yaşayış evində yanğın olub  - FOTOLENT

Gəncədə fərdi yaşayış evində yanğın olub - FOTOLENT

Tarix: 09 Aug 2026 13:59

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evin dam örtüyünün 5 kv. metr hissəsi və həyətdə olan kol kos yanıb. Qısa müddətdə ərazisində yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
Gəncədə fərdi yaşayış evində yanğın olub  - FOTOLENT
Gəncədə fərdi yaşayış evində yanğın olub  - FOTOLENT
Gəncədə fərdi yaşayış evində yanğın olub  - FOTOLENT

Mənbə: apa.az

Xəbər Lenti