“Rosatom” mütəxəssislərini İrandakı Buşehr AES-ə qaytarmağa başlayıb

“Rosatom” mütəxəssislərini İrandakı Buşehr AES-ə qaytarmağa başlayıb

Tarix: 09 Aug 2026 16:16

Rusiyanın “Rosatom” dövlət korporasiyası mütəxəssislərini İrandakı Buşehr Atom Elektrik Stansiyasına (AES) qaytarmağa başlayıb.

APA xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib.

Onun sözlərinə görə, mühəndis-texniki heyətdən ilk 5 nəfər artıq Buşehr AES-ə qayıdıb və işə başlayıb.

Növbəti mütəxəssis qrupunun yaxın iki həftə ərzində stansiyaya göndərilməsi planlaşdırılır.

Lixaçov bildirib ki, proses plana uyğun davam edərsə, payızda layihədə çalışan “Rosatom” əməkdaşlarının sayı 100 nəfərə çatdırılacaq.

Rosatom İran Rusiya Buşehr AES Buşehr Atom Elektrik Stansiyası Aleksey Lixaçov atom energetikası nüvə enerjisi

Mənbə: apa.az

Xəbər Lenti