Bazar, 9 Avqust, 2026
Tarix: 09 Aug 2026 18:23
9 avqust 2026-cı il tarixində aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahan elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 15 nəfər iştirak edib. 4 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 10 – 11 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
Mənbə: apa.az