Rusiya və Ukrayna hava hücumlarını artırıb, mülki əhali arasında itkilər çoxalır

Rusiya və Ukrayna hava hücumlarını artırıb, mülki əhali arasında itkilər çoxalır

Tarix: 09 Aug 2026 19:29

Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində ciddi dəyişiklik olmasa da, qarşılıqlı hava hücumları intensivləşib.

CNN xəbər verir ki, hər iki tərəf uzaqmənzilli raket və PUA hücumlarını artırıb. Ekspertlərin fikrincə, hücum imkanlarının hava hücumundan müdafiə sistemlərini üstələməsi daha çox zərbənin hədəfə çatmasına səbəb olur.

Ukrayna son dövrdə Rusiyanın neft emalı zavodları, enerji infrastrukturu, anbarları və hərbi logistika obyektlərinə hücumları intensivləşdirib. Rusiya isə Ukraynaya qarşı kütləvi raket və PUA hücumlarını davam etdirir.

BMT-nin məlumatına görə, bu ilin ilk yarısında Ukraynada azı 1396 mülki şəxs ölüb, 7978 nəfər yaralanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz çoxdur.

CNN qeyd edir ki, hava müharibəsinin daha da genişlənməsi mülki əhali və mühüm infrastruktur üçün təhlükəni artırır.

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi PUA raket hücumu hava hücumu mülki əhali CNN

Mənbə: apa.az

Xəbər Lenti