Netanyahunun müşaviri: Livan “Hizbullah”ı tərksilah edəcəyinə söz verib, lakin bunu bacarmayıb

Netanyahunun müşaviri: Livan “Hizbullah”ı tərksilah edəcəyinə söz verib, lakin bunu bacarmayıb

Tarix: 09 Aug 2026 21:12

Livan hökuməti “Hizbullah”ı 2025-ci ilin sonunadək tərksilah etməyi vəd etsə də, bu öhdəliyi yerinə yetirməyib.

Bu barədə İsrail Baş nazirinin müşaviri Dmitri Hendelman TASS-a bildirib.

Onun sözlərinə görə, İsrail bu səbəbdən təhlükəsizlik zonasını tərk etmir və “Hizbullah”ın infrastrukturuna qarşı fəaliyyətini davam etdirir.

Hendelman bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Livanla bağlı açıqlamalarının arxasında son həftələrdə həyata keçirilən konkret əməliyyatlar dayanır.

İsrail Livan Hizbullah

Mənbə: apa.az

Xəbər Lenti