KİV: "Patriot" istehsalçıları Ukraynaya lisenziya verilməsindən narahatdır

KİV: "Patriot" istehsalçıları Ukraynaya lisenziya verilməsindən narahatdır

Tarix: 09 Aug 2026 23:57

ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemlərini istehsal edən "Lockheed Martin" və "Raytheon" şirkətləri bu silahların Ukraynada istehsalı üçün Kiyevə lisenziya verilməsini özləri üçün potensial olaraq əlverişsiz hesab edirlər.

Bu barədə "The Atlantic" jurnalı məlumat yayıb.

Nəşrin Konqresdəki mənbəsinin sözlərinə görə, "Lockheed Martin" və "Raytheon" lisenziyanın Ukraynaya verilməsinə etirazlarını rəsmi olaraq “əqli mülkiyyətin oğurlanması və texnologiyaların ötürülməsi” ilə bağlı narahatlıqlarla əsaslandıracaqlar.

Mənbə bildirib ki, şirkətlərin “əsl narahatlığı” Ukraynada bu sistemlərin istehsal maya dəyərinin ABŞ-dakından daha aşağı ola bilməsidir.

"The Atlantic" qeyd edir ki, materialın hazırlandığı vaxt Vaşinqton ABŞ Prezidenti Donald Trampın lisenziya sazişi ilə bağlı qərar qəbul etdiyini təsdiqləməyib.

ABŞ Ukrayna Patriot

Mənbə: apa.az

Xəbər Lenti