Zaqatalada yol qəzasında ölən şəxsin kimliyi məlum olub  - VİDEO - YENİLƏNİB

Zaqatalada yol qəzasında ölən şəxsin kimliyi məlum olub - VİDEO - YENİLƏNİB

Tarix: 10 Aug 2026 01:06

Zaqatalada baş verən ağır yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı hadisə yerində həyatını itirən şəxs Zaqatala rayon sakini Laçın Qüdrət oğlu Hacıyevdir. *** 00:38

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 23 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” və VAZ 21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ 21099 markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Qəza zamanı daha bir nəfər – Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov Zaqatala qəza ölüm

Mənbə: apa.az

Xəbər Lenti