Bayden səhhətinin pisləşməsi barədə xəbərlərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Bayden səhhətinin pisləşməsi barədə xəbərlərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Tarix: 10 Aug 2026 00:59

ABŞ-ın keçmiş Prezidenti Co Bayden səhhətinin pisləşməsi barədə xəbərlərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bu barədə "Daily Mail" qəzeti yazıb.

Məlumata görə, Bayden Delaver ştatının Uilminqton şəhərində kilsədə keçirilən messadan sonra kilsədən çıxarkən görüntülənib. Nəşr onun zəif göründüyünü qeyd edib.

Co Bayden 2025-ci ilin mayında aqressiv prostat xərçənginə tutulduğunu açıqlamışdı. Bundan sonra o, beş həftəlik şüa terapiyası kursu keçib. 2025-ci ilin sentyabrında isə dəri xərçəngi ilə əlaqədar əməliyyat olunub.

ABŞ-ın keçmiş birinci xanımı Cill Bayden iyun ayında NBC News telekanalına açıqlamasında xərçəngin həyat yoldaşının sümüklərinə metastaz verdiyini və onun xəstəliklə ömrünün sonuna qədər mübarizə aparacağını bildirmişdi.

ABŞ Co Bayden

Mənbə: apa.az

Xəbər Lenti