Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş - YENİLƏNİB-1

Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş - YENİLƏNİB-1

Tarix: 10 Aug 2026 09:59

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Qızın nənəsi Gülnaz Məmmədova APA-nın yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.

Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub.

O, Gülnazın bu il 11 ci sinfi bitirdiyini də deyib.

Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.

Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

***

08.20

Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, suda batan Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü G. Məmmədovanın meyiti sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

*** 09.10.2026 19:51 Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

18:07

Samux rayon ərazisində Kür çayında batan şəxsin kimliyi açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, batan şəxs 17 yaşlı G.Məmmədovadı.

***

17:17

Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş - YENİLƏNİB-1
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş - YENİLƏNİB-1
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş - YENİLƏNİB-1
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş - YENİLƏNİB-1
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş - YENİLƏNİB-1
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş - YENİLƏNİB-1

Mənbə: apa.az

Xəbər Lenti