Yasamalda açıq sahə yanır

Yasamalda açıq sahə yanır

Tarix: 10 Aug 2026 15:17

Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Yasamal açıq sahədə yanğın

Mənbə: apa.az

Xəbər Lenti