Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

Tarix: 10 Aug 2026 18:08

Şahbuzda yol qəzası baş verib, ölən var.

APA xəbər verir ki, hadisə Şahbuz-Batabat magistralında baş verib.

Belə ki, "VAZ 21013" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Ceyhun Məmmədov

Mənbə: apa.az

Xəbər Lenti