Zaqatalada TIR-la minik maşını toqquşub, xəsarət alanlar var - FOTO

Zaqatalada TIR-la minik maşını toqquşub, xəsarət alanlar var - FOTO

Tarix: 11 Aug 2026 13:01

Zaqatalada TIR-la minik maşını toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün 12:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda, Zaqatalanın Əliabad qəsəbəsində baş verib.

Bakı istiqamətində hərəkətdə olan Türkiyəyə məxsus iritonnajlı yük maşını ilə Zaqatala rayon sakininin idarə etdiyi "Chevrolet Niva" markalı avtomobil toqquşub.

İlkin məlumata görə, "Chevrolet"də olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Zaqatala rayon xəstəxanasına yerləşdirilib.

Vüqar Heydərov Zaqatala yol qəzası
Zaqatalada TIR-la minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Zaqatalada TIR-la minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Zaqatalada TIR-la minik maşını toqquşub, xəsarət alanlar var - FOTO

Mənbə: apa.az

Xəbər Lenti