Çərşənbə axşamı, 11 Avqust, 2026
Tarix: 11 Aug 2026 17:26
Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.
Bir həftədir ailə üzvləri tərəfindən axtarılan - 1997-ci il təvəllüdlü Xəzər Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.
Hazırda ölüm səbəbləri araşdırılır.
Meyiti tapılan şəxslərin əminəvəsi olduqları bildirilir.
İlkin Rzayev Lənkəran itkin axtarış
Mənbə: apa.az